backend

"Kamil Zeynallının həbsinin əsas motivi açıqlanmalıdır" - MÖVQE

Aslan İsmayılov

Özümdən başqa heç kimin əməlləri barədə dəqiq fikir yürüdə bilmərəm, çünki Azərbaycana gəldiyim 31 ildə haqdan-ədalətdən dəm vurub imkanı olan kimi quldurluq edən çoxlarını görmüşəm. K.Zeynallı məsələsindəki mövqeyim də onun şəxsiyyəti ilə deyil, hamı kimi mənim də gördüyüm əməlləri ilə bağlıdır. Ən vacibi də odur ki, illərdir bu millətdən manqurt düzəltmək istədilər, TV-lər, digər KİV-lər əxlaqsızlıq aşıladılar, satqınlığı, bir-birinə nəinki laqeydlik, düşmənçiliyi təbliğ etdilər. Kamil isə son günlər bunun tam əksini etdi!

Mənim üçün Koronavirus dövrü müharibə şəraitinə bərabərdir və bu dövrdə insanların bir-birinə dayaq olması, qucaq açması çox vacibdir. Kamil də öz əməlləri ilə, niyyətindən asılı olmayaraq, bu müsbət halları təbliğ edirdi. Bundan başqa Kamil insan ağlınagəlməz şəraitdə yaşayan kimsəsiz vətəndaşların durumunu göstərməklə yerlərdə icra hakimiyyətlərinin xalqa yad ünsür olduqlarını göstərdi. Xüsusilə, Sumqayıt, Abşeron, Pirallahı icra başçılarının fəaliyyətsizliyini konkret faktlarla ifşa etdi. Sosial şəbəkədə elə həmin icra başçılarının ona dolayısı ilə hədə-qorxu gəldiyinin də şahidi olduq. Bu məqamda mənim müdafiəm, etirazım Kamillə yox, prinsiplərimlə bağlıdır. Əgər Kamil 10 sutkalıq həbsinin həqiqi motivi açıqlanmazsa, demək həmin icra başçıları yenə at oynadırlar və təbliğ edilən dəyişikliklər, islahatlar xalqı aldatmağa yönəlmiş söz yığınından başqa bir şey deyil!

Ona görə bir daha hakimiyyətə müraciət edirəm ki, onun həbsinin həqiqi səbəbini insanlara izah etsinlər. Yox, karantin qaydalarını pozmaqdan başqa bir səbəb yoxdursa, 10 sutkalıq həbs cəzası onun rejim pozmağına görə deyil, etdiyi xeyirxah əməllərə görə olması tək məndə yox, elə hamıda heç bir şübhə doğurmayacaq, çünki həmin qanun pozuntusuna görə xəbərdarlıq, uzaqbaşı cərimə ilə də kifayətlənmək olardı.

P.S. Ancaq sosial şəbəkələrdə olan paylaşımları incələsəniz, onda gərək karantin qaydalarını pozmalarına görə tanınmışların yarısını 10 sutkalıq həbs edəsiniz.

  • Asya
    May 14, 2020 - 12:23

    Kamil kasiblara yardim etmekden başqa hec bir pis iş gormeyib,onu dunyaya getiren ananin ellerinden oprem.Qaldi ki, Kamil karantin rejmini pozub onda gerek Azerbaycanin 95% i bu gun on gunluk sutkada olaydi.Kamil qardaş Allah her zaman seninle olsun amin Allah.

  • Arif
    May 15, 2020 - 08:09

    Buyaburcluq du kimse seher nese xeyriye isi gorse hebs edeler onu da .

  • Rəşad
    May 15, 2020 - 12:57

    Kamilin həbsi inanıram ki,bəzilərinin manafeyeni qorumaq üçün atılan addımdır.Amma bu Kamil qardaşmızın bu xeyirxaq yoldan çəkinməsinə müzakirə metodu olmayacaq İnşallah.
    Onuda bilsinlər ki,xalqın gözü tərəzidir atalar sözü yalan ifadə deyil.Kimin doğru Kimin əyri yolda olmasını bu xalq yaxşı bilir.
    Bu sözlərim Kamil qardaş sənin ünvanınadır.”Həmişə Azəri xalqının oğlu kimi deyirəm Biz və ürəyimiz Səninlədir.Allah sənə açıq qapı qismət etsin.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*