Kanada ABŞ-dan “F-35″lər almaq İSTƏYİRbackend

Kanada ABŞ-dan "F-35"lər almaq İSTƏYİR

Kanada hökuməti istismarda olan “McDonnell Douglas CF-18 Hornet” döyüş təyyarələrinin yerinə “F-35”lər almağı planlaşdırır.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kanadanın dövlət xidmətləri və satınalma naziri Filomena Tassi və müdafiə naziri Anita Anand birgə mətbuat konfransında bildiriblər.

Açıqlamada 88 ədəd “F-35”in alışı üçün 19 milyard dollar büdcə ayrılacağı bildirilib. Müdafiə naziri bu müqavilə ilə xərclərin daha da azaldılacağını açıqlayıb.

Bildirilib ki, Kanada hökuməti F-35-lərin istehsalçısı “Lockheed Martin” şirkəti ilə danışıqlara başlayacaq, lakin bu danışıqlar nəticə verməsə, hökümət Gripen-in son versiyasının alınması üçün İsveçin “Saab”şirkəti ilə danışıqlar aparacaq.

Kanada hökuməti ilin sonuna qədər döyüş təyyarələri üçün yekun müqavilə bağlamağı planlaşdırır. İlk təyyarənin 2025-ci ildə, sonuncunun isə 2032-ci ildə təhvil verilməsini gözlənilir.

Qeyd edək ki, Kanada 1997-ci ildən bəri F-35-in inkişafına 613 milyon ABŞ dolları xərcləyib.

İqbal Rzayev,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*