Kanada parlamenti Ukrayna ilə vizasız gediş-gəlişi dəstəklədibackend

Kanada parlamenti Ukrayna ilə vizasız gediş-gəlişi dəstəklədi

Kanada federal parlamentinin əksər üzvləri Ukrayna ilə viza rejiminin dərhal ləğvini dəstəkləyiblər.

KONKRET.az xəbər verir ki, deputatlar daha əvvəl üzvləri Ukrayna ilə vizasız rejimin tətbiqini dəstəkləmiş parlamentin Daimi Komitəsinin hesabatına səs veriblər.

Qəbul edilmiş hesabatda deyilir: “Biz Kanada hökumətini Ukraynadan Kanadaya vizasız gediş-gəlişi tətbiq etməyə, o cümlədən tez bir zamanda elektron səyahət icazəsi verməyə çağırırıq”.

Deputatlar həmçinin hökumətə tövsiyə edirlər ki, “hazırkı humanitar böhran səbəbindən miqrantların qəbulunda gecikmələr daha çox uzanmasın”.

Bundan əlavə, qəbul edilmiş sənəd hökuməti “münaqişədən zərər çəkmiş ukraynalıları və ölkənin digər sakinlərini dəstəkləməyə” çağırır. “Biz Rusiya prezidenti Vladimir Putinin beynəlxalq hüququ kobud şəkildə pozaraq Ukraynaya qarşı əsassız hücumu pisləyirik”, – hesabatda deyilir.

Qeyd edək ki, viza rejimi ilə bağlı qərar hökumətin səlahiyyətindədir, lakin qanunvericilər siyasi dəstək ifadə edə və belə bir məsələyə baxılması xahişi ilə icra hakimiyyətinə müraciət edə bilərlər.

Kanadada Ukrayna vətəndaşları üçün sadələşdirilmiş səyahət rejimi mövcuddur, lakin onlar bu ölkəyə getməzdən əvvəl viza almalıdırlar.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*