Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib, Moskva və Bütün Rusiyanın Patriarxı Kirillə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.
KONKRET.az xəbər verir ki, bu barədə hökumətin saytında məlumat verilib.
Sanksiya siyahısına Birinci Kanal, VQTRK, RT, Sputnik və digər Rusiya KİV-ləri də daxildir. Bundan əlavə, Kanada Rusiya qızılının idxalına qadağa qoyub.
Patriarx Kirilldən başqa Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova, Birinci Kanalın aparıcısı Yekaterina Andreyeva, “RİA Novosti”nin köşə yazarı Pyotr Akopov və Yandex qrupunun keçmiş idarəedici direktoru Tiqran Xudaverdyan da sanksiyaya məruz qalıb. Hüquqi şəxslərin siyahısına Regnum xəbər agentliyi və Roskomnadzor da daxil edilib.
Roman Göytürk,
KONKRET.az
