Kanadanın şərqində 4,3 ballıq zəlzələ qeydə alınıb.
KONKRET.az xəbər verir ki, bu barədə TASS Kanadanın zəlzələlərin müşahidəsi üzrə Dövlət Xidmətinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, zəlzələ Nyufaundlend və Labrador vilayətlərində baş verib.
Zəlzələnin ocağı 18 km dərinlikdə, episentri Postvill şəhərindən təxminən 18 km şərqdə olub.
Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb.
Babək Göyüş
KONKRET.az
