“Karantini pozmamışıq” – Vasifin evində iftar süfrəsinə qonaq olan Hacı Surxaybackend

"Karantini pozmamışıq" - Vasifin evində iftar süfrəsinə qonaq olan Hacı Surxay

Əməkdar artist Vasif Məhərrəmli evində iftar süfrəsi verib.

KONKRET.az xəbər verir ki, sənətçi ilahiyyatçı Hacı Surxay Məmmədlini evinə dəvət edərək, iftar süfrəsi açıb.

Bu barədə Hacı Surxay “Instagram” hesabında canlı efir açaraq, məlumat verib:

“Hörmət etdiyim dəyərli dostum və qardaşım Vasif Məhərrəmlinin evinə ailəlikcə gəlmişik. Vasif iftar süfrəsi açıb. Hər il onun evində iftar süfrəsini Allah bizə lütf edir. Bu dəfə də əhya gecəsinə təsadüf etdi”, – deyə S.Məmmədli bildirib.

Hacı Surxayın çıxışını Əməkdar artist sosial media hesabında paylaşaraq, “Allah hər zaman səni uca etsin, əziz dostum”.

İlahiyyatçı ilə müğənninin karantin rejimini pozması sosial mediada birmənalı qarşılanmayıb. Sosial media əhli ölkədə koronavirusa yoluxanların sürətlə artdığı bir vaxtda ikilinin bu addımını yolverilməz sayıb, onları tənqid ediblər.

Məsələ ilə bağlı oxu.az-ın əməkdaşı Hacı Surxay Məmmədli ilə əlaqə saxlayıb.

O, karantin dövründə V.Məhərrəmlinin evində açdığı iftar süfrəsinə qatılmasına belə aydınlıq gətirib:

“10 nəfərdən artıq insanın bir süfrə arxasında oturub, yemək yeməsi qadağandır və karantin qaydalarına ziddir. Biz isə orada üç nəfər olmuşuq. Mən, Vasif və onun xanımı. Burada karantin qaydalarını pozmaqdan söhbət gedə bilməz.

Şəxsən mən karantin rejiminin qaydalarına riayət edirəm. Qaydalara hörmətlə yanaşıb, əməl edirəm”.

Təhlükəli virusun geniş şəkildə yayılmaması üçün rəsmi qurumlar vətəndaşlara müraciət edərək, lüzum olmadıqda evlərini tərk etməməyə, sosial məsafəni qorumağa, bir yerə toplaşmamağa çağırıb.

Həmçinin, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Ramazan ayından əvvəl vətəndaşlara çağırış edərək, karantin rejimində iftar süfrəsinin hər bir evdə yalnız ailə üzvlərinin iştirakı ilə açılmasına dair məlumat yayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*