Karantini pozub çayxanaya gedənlər cərimələndi – FOTObackend

Karantini pozub çayxanaya gedənlər cərimələndi - FOTO

Şəkidə xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən çayxana aşkar edilib.

KONKRET.az-a Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Bideyiz kəndi ərazisində yerləşən çayxananın qanunsuz olaraq gizli fəaliyyət göstərdiyi məlum olub.

Obyektə baxış zamanı orada olan 20-yə yaxın müştərinin və icarədarın sərtləşdirilmiş karantin rejimi qaydalarını pozduqları müəyyən edilib.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*