Karateçilərimiz Avropa çempionatından 3 medalla dönürlər – FOTObackend

Karateçilərimiz Avropa çempionatından 3 medalla dönürlər - FOTO

Polşanın Bielsko-Biala şəhərində karate (WKF / idman karatesi) üzrə yeniyetmə, gənclər və U-21 yaş kateqoriyalarının 52-ci Avropa çempionatı başa çatıb.

Azərbaycan Karate Federasiyasından KONKRET.az-a verilən məlumata görə, milli komandanın üzvləri yarışdan 3 medalla dönürlər.

Yığmanın heyətində Ələddin Məlikov (16-17 yaş / 68 kiloqram) gümüş, Vüsal Qənbərov (14-15 yaş / 52 kiloqram) və Əliəşrəf Qafarov (14-15 yaş / 57 kiloqram) bürünc mükafata yiyələnib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*