Sakinlərin meyxanaçılardan şikayəti: Gecə 2-yə qədər yata bilmirikbackend

Sakinlərin meyxanaçılardan şikayəti: Gecə 2-yə qədər yata bilmirik

Masazır qəsəbəsindəki restoranlardan birində gecə saatlarında yüksək səslə musiqi səsləndirilməsi sakinlərin narazılığına səbəb olub.

KONKRET.az Baku TV-yə istinadla xəbər verir ki, səsin ətrafdakı yaşayış evlərinə yayıldığı və insanların istirahətinə mane olduğu bildirilib.

Şikayətçi vətəndaşlar qeyd ediblər ki, bəzi hallarda musiqi və meyxana gecə saat 2-yə qədər davam edir.

Çəkiliş zamanı məkanda olan meyxanaçı Namiq Məna saat 23:00-dan sonra musiqi səsinin azaldıldığını desə də, məkandakı yüksək səs ətrafda aydın eşidilib. O, iradların nəzərə alınacağını bildirib:

“İndi səs keçirməyən pəncərələr var. Həmin pəncərələri ala bilməyənlərdən üzr istəyirik. Qanuna hamımız riayət etməliyik. Şikayətləri nəzərə alarıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*