Kəbəyə hörmətsizlik: Türkiyəli nazir Twitterdən imtina etdi – FOTObackend

Kəbəyə hörmətsizlik: Türkiyəli nazir "Twitter"dən imtina etdi - FOTO

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu “Tvitter”in qadağalarından narazı olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, buna səbəb “Twitter”in nazirin Kəbəni təhqir edənləri qınayan paylaşımını silməsi olub.

Süleyman Soylu izləyicilərini “Telegram”a dəvət edib:

“”Twitter”in qadağa siyasətini görürsünüz. Bizim müqəddəsimizə – Kəbəyə edilən təhqirləri fikir azadlığı kimi qəbul edən “Twitter” LGBT”li yolunu azmışların Kəbəyə etdiyi hörmətsizliyə qarşı yazdığımız tviti silir. Bundan sonra “Telegram” hesabımı aktiv istifadə edəcəyəm”.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyənin Boğaziçi Universitetinin önündə Kəbənin şəkilləri yerə sərilib. Hadisəyə görə 4 nəfər saxlanılıb. Onların cinsi azlıq olduğu bildirilib.

Xatırladaq ki, S.Soyludan öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və MHP lideri Dövlət Bağçalı da “Telegram”ı aktiv istifadə edəcəklərini bildirmişdilər.

Vəsilə İbrahim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*