Keçmiş əri xərçəng xəstəsi üçün yığılan pulları oğurlayıb? – DİN-dən AÇIQLAMAbackend

Keçmiş əri xərçəng xəstəsi üçün yığılan pulları oğurlayıb? - DİN-dən AÇIQLAMA

Azərbaycanda xərçəng xəstəsi üçün yığılan pul oğurlanıb.

KONKRET.az xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən və müalicəsinə pul yığılan Aytən İsmayılzadə kartına toplanmış pulların oğurlandığını bildirib.

O iddia edib ki, təqsirkar keçmiş həyat yoldaşı Kamran İsmayılzadədir. Qadın kartından 2400 manatın oğurlandığını deyib.

A.İsmayılzadə daha sonra pulun 2 min manatının geri qaytarıldığını yazıb.

Məsələyə Daxili İşlər Nazirliyi də münasibət bildirib. Qeyd olunub ki, həmin şəxslə bağlı araşdırmalara başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*