“Kəpəz” “Sumqayıt”a, “Qarabağ” “Araz-Naxçıvan”a QARŞIbackend

“Kəpəz” “Sumqayıt”a, “Qarabağ” “Araz-Naxçıvan”a QARŞI

Bu gün Misli Premyer Liqasında 34-cü tura yekun vurulacaq. 

KONKRET.az xəbər verir ki, son oyun günündə 2 matç keçiriləcək.

Əvvəlcə 29 xalla 9-cu pillədəki “Kəpəz” Tovuzda 30 xala malik və 8-ci yerdə olan “Sumqayıt”ı qəbul edəcək.

Cari mövsüm bu komandaların oyunlarında “Sumqayıt”ın üstünlüyü var. 2 matçda qalib gələn “gənclik şəhəri”nin təmsilçisi digər matçda da heç-heçəyə nail olub.

Turun son matçında isə artıq çemponluğu təmin edən “Qarabağ” üçüncü pillədəki “Araz-Naxçıvan”ı sınağa çəkəcək.

Naxçıvan klubu bu matçda 1 xal qazansa, bürünc medalları təmin edəcək. Lakin statistika Elmar Baxşıyevin komandasının əleyhinədir. “Araz-Naxçıvan” cari mövsümdə çempionatda hər 3 görüşdə “Qarabağ”a uduzub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*