Kılıçdaroğlu istefa verəcək? – CHP-dən açıqlamabackend

Kılıçdaroğlu istefa verəcək? - CHP-dən açıqlama

Türkiyədə keçirilən prezident seçkilərində qələbə qazana bilməməsindən sonra Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlunun istefa verib-verməyəcəyi məsələsi hələ də müzakirə olunur.

KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məsələyə CHP-nin sözçüsü Faik Öztrak jurnalistlərə açıqlaması zamanı münasibət bildirib.

“CHP bir çadır partiyası deyil, yüzillik bir partiyadır. Heç kim təkbaşına qərar verə bilməz. Bütün qərarlar partiyanın səlahiyyətli komitələrində müzakirə yolu ilə qəbul edilir”, – deyə o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*