Moskvada kilsələrin birində şamları söndürən 20 yaşlı Tacikistan vətəndaşına qarşı cinayət işi açılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin şəhər şöbəsi məlumat yayıb.
Tacikistan vətəndaşı avqustun 18-dək istintaq təcridxanasında qalacaq. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 148-ci maddəsinin 4-cü hissəsinin “b” bəndi (“Vicdan və din azadlığı hüququnun pozulması”) ilə ittiham olunur.
Tacikistanlı iyunun 18-də günortadan sonra Fyodor Uşakovun məbədinə daxil olaraq orada yanan bütün şamları söndürüb. Onu məbədlə üzbəüz yerləşən evin yanında saxlayıblar. Saxlanılan şəxs bu yaxınlarda Rusiyaya gələn və məbədin yaxınlığındakı yataqxanada yaşayan 20 yaşlı Tacikistan vətəndaşı Askar Butayevdir.
Rəsmiyyə Şərifova,
KONKRET.az