Kim Çen In Putini “həddindən artıq dəli” adlandırdı – “Mirror and Express”backend

Kim Çen In Putini “həddindən artıq dəli” adlandırdı - "Mirror and Express"

Şimali Koreyalı lideri Kim Çen In Ukrayna ilə müharibəyə görə Putini “çox dəli” adlandırıb.

KONKRET.az xəbər verir ki, bu barədə Britaniya nəşri “Mirror and Express” XSoviet-News-un müəllifi Sara Xerstin məlumatlarına istinadən yazıb.

İddialara görə, Rusiya Ukraynaya qarşı müharibə səbəbindən Şimali Koreyaya yardım üçün müraciət edib. Lakin Kim Çen In Putini dəstəkləməkdən imtina edib və Putini “çox dəli” adlandırıb.

“Rusiyanın Şimali Koreyadan uğursuz işğalı üçün kömək istədiyi bildirilir. Şimali Koreya isə “Sən bizim üçün çox dəlisən” cavabını verib”, – deyə Sara Xerst bildirib.

Nəşrlər bildirir ki, rus qoşunları Ukrayna əsgərlərinin güclü müqaviməti ilə üzləşdiyi üçün Rusiyanın Ukraynaya gücü tükənib. Rusiyanın münaqişədə 13 500-ə qədər əsgərini, eləcə də bir sıra texniki sərvətlərini itirdiyini göstərən hesabatlar ortaya çıxıb ki, bu da Moskvanı xarici tərəfdaşlarına müraciət etməyə məcbur edib.

Şimali Koreya kommunist dövründəki Sovet İttifaqı ilə tarixi əlaqələri sayəsində Rusiyanın əsas müttəfiqi olduğundan, yardım çağırışı heç də təəccüblü deyil.

Xuraman Etibarlı,

KONKRET.az

  • Aslan
    Mart 16, 2022 - 13:09

    Sara Xyorst

  • Aslan
    Mart 16, 2022 - 13:46

    Müttəfiq saydığı şimal koreya belə rusa arxasın dönürsə demək ki rusun bir tək müttəfiqi qaldı o də Azərbaycan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*