Kişilər üçün yeni GÜZƏŞTbackend

Kişilər üçün yeni GÜZƏŞT

Təhsil müəssisələrində, xüsusilə ümumtəhsil məktəblərində kişi müəllimlərin sayının az olduğunu nəzərə alaraq, təhsil sahəsinə kişilərin cəlb edilməsini stimullaşdıran tədbirlərin müəyyən olunması təklif edilib.

KONKRET.az xəbər verir ki, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”nda əksini tapıb.

O cümlədən həyat yoldaşlarının uşaq dünyaya gətirməsi ilə əlaqədar atalara verilən 14 günlük ödə nişsiz məzuniyyətin ödənişli əsaslarla olması üçün qanunvericiliyə dəyişikliklərin edilməsi də təkliflər sırasında yer alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*