Ötən gündən başlayaraq Ermənistan ordusunda şəxsi heyətin koronavirusa yoluxma halları baş verir.
KONKRET.az-ın xəbərinə görə, bu barədə Gürcüstan KİV-i təmas xəttində olan mənbələrə istinadən məlumat yayıb.
“Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yerləşən erməni hərbi bölmələrində kütləvi xəstəlik yayılıb. Mən düşünürdüm ki, bu, hansısa infeksion xəstəlikdir. Ancaq dünən təxminən saat 09:00-dan 13:00-a kimi Ağdam və Tərtər rayonu arasında yerləşən ön xətt bölmələrində oldum. Müşahidələrim onu göstərdi ki, təkcə bu müddət ərzində Ağdamdan 2 hərbi tibbi maşın 14 dəfə, Tərtərdən 3 hərbi tibbi maşın 9 dəfə sürətli şəkildə ərazidən əsgər daşıyırdılar”, – mənbə bildirir.
Erməni əsgərlərinin Ağdərə və Xankəndində yerləşən hospitallara aparıldığı bildirilir:
“Xəstələrin əsas əlamətləri halsızlıq və kəskin hərarətdir. Müşahidələrə əsasən, demək olar ki, Ermənistan ordusunda koronavirus yayılıb, lakin Ermənistan hökuməti hələ ki, itkiləri gizlədir”.
