KİV: Honkonqda koronavirusdan ilk ölüm hadisəsi oldubackend

KİV: Honkonqda koronavirusdan ilk ölüm hadisəsi oldu

Yeni koronavirus tipindən ilk ölüm hadisəsi Honkonqda aşkar edilib.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı “South China Morning Post” qəzeti yayıb.

Qəzetin mənbələrinə görə, şahzadə Marqaret Xəstəxanasında müalicə olunan 39 yaşlı kişi fevralın 4-də səhər qəfil ürək çatışmazlığından dünyasını dəyişib.

Qeyd edilir ki, həlak olan şəxs yanvarın 21-də sürətli qatarla Uxana gedib və iki gün sonra Honkonq şəhərinə qayıdıb. Onun simptomları 31 yanvar ayında baş verməyə başlayıb, dərhal tibbi yardım üçün müraciət edib.

Son məlumata görə, Honkonqda koronavirusa 15 nəfər yoluxub.

31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Uxan şəhərində pnevmoniya baş verdiyini bəyan edib. Xəstəliyin törədicisi koronavirus “2019-nCoV”un yeni bir növüdür.

Babək Göyüş

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*