Paşinyanın partiyası prezident postuna Xaçatryanın namizədliyini irəli sürdübackend

Paşinyanın partiyası prezident postuna Xaçatryanın namizədliyini irəli sürdü

Ermənistanda Vətəndaş Razılaşması Partiyası ölkə prezidentliyinə yüksək texnologiyalar sənayesi naziri Vaahn Xaçatryanın namizədliyini irəli sürəcək.

KONKRET.az xəbər verir ki, bu barədə yerli “Haykakan Jamanak” qəzeti yazıb.

1990-cı illərin əvvəllərində V.Xaçatryan İrəvanın meri və parlamentin deputatı olub. O, ötən ilin avqustunda yüksək texnologiyalar sənayesi naziri təyin edilib.

Qeyd edək ki, daha öncə hakim partiyanın Baş nazir Administrasiyasının rəhbəri Araik Arutyunyanın prezidentliyə namizədliyini irəli sürməsi barədə məlumat yayılmışdı.

Xatırladaq ki, Ermənistanın artıq sabiq prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verib. O, dövlət başçısının səlahiyyətlərini “müharibə və ya sülh məsələlərinə təsir etmək” üçün yetərsiz adlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*