“Kiyev münaqişəni dondurmayacaq” – AÇIQLAMAbackend

"Kiyev münaqişəni dondurmayacaq" - AÇIQLAMA

Ukrayna ordusunun qarşısında ölkənin bütün ərazisini geri almaq vəzifəsi dayanır.

KONKRET.az Zerkalo nedeli”yə istinadən xəbər verir ki, bunu Ukraynanın Milli Müdafiə və Təhlükəsizlik Şurasının sədri Oleksiy Danilov deyib.

“Biz heç nəyi dondura bilmərik, biz soyuducu anbar deyilik. Hava şəraitindən, fəsildən asılı olmayaraq ərazilərimizi azad edə bilərik”, – deyə Danilov bildirib.

O əlavə edib ki, Prezident Volodimir Zelenski Silahlı Qüvvələrin qarşısına Ukraynanın bütün ərazisini Kiyevin nəzarətinə qaytarmaq vəzifəsini qoyub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*