“Kiyev uzun illərdən sonra bunu bəyan etdi” – Putinin köməkçisindən MÜHÜM AÇIQLAMA – VİDEObackend

"Kiyev uzun illərdən sonra bunu bəyan etdi" - Putinin köməkçisindən MÜHÜM AÇIQLAMA - VİDEO

Kiyev İstanbuldakı danışıqlarda uzun illərdən sonra ilk dəfə Rusiya ilə danışıqlara hazır olduğunu bəyan edib.

KONKRET.az xəbər verir ki, Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinski Ukrayna tərəfi ilə İstanbulda aparılan danışıqların nəticələri barədə məlumat verib.

“Ukrayna dünən ilk dəfə olaraq Rusiya Federasiyası ilə mehriban qonşuluq münasibətlərinin qurulması üçün bir sıra vacib şərtləri yerinə yetirməyə hazır olduğunu bildirib.

Ukrayna Rusiyanın NATO-ya üzv olmamaq və hərbi bazalarını yerləşdirməkdən imtina etmək kimi fundamental tələbləri ilə mahiyyətcə razılaşıb.

Rusiyanın Krım və Donbasla bağlı prinsipial mövqeyi dəyişməz olaraq qalır.

Ukrayna öz təkliflərində hərbi təlimləri yalnız qarant dövlətlərin, o cümlədən Rusiyanın razılığı ilə keçirməyi öhdəsinə götürür”, – Medinski bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*