Kiyevə doğru 27 km uzunluğunda KOLON GƏLİR – ÖZƏLbackend

Kiyevə doğru 27 km uzunluğunda KOLON GƏLİR - ÖZƏL

Mirotskoye kəndindən tarlalar vasitəsilə Varşava şossesi istiqamətində Nemişayevo kəndinə qədər Kadırovçular kolonu gəlir.

KONKRET.az xəbər verir ki, Zdvijevka, Borodyanka, Mikuliçi, Nemişayevo və daha sonra magistral yol boyunca kolon gəlir. Kolonun uzunluğu 27 kilometrdir.

Onlara kokteyllə atmasınlar deyə, yola yaxın evləri atəşə tuturlar.

Özləri ilə ponton körpüləri aparırlar ki, keçilməz yolları asan keçə bilsinlər.

Qeyd edək ki, Putinin sadiq nökəri Ramzan Kadırov bu gün Kremlədə olub və tapşırıqlar alıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*