Koçaryan Paşinyan əleyhinə böyük KOALİSİYA YARADIRbackend

Koçaryan Paşinyana qarşı HƏRƏKƏTƏ KEÇDİKOALİSİYA YARADIR

Ermənistanın eks-prezidenti Robert Koçaryan 20 iyunda keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlaşır.

KONKRET.az xəbər verir ki, o, hazırladığı seçki siyahısına nüfuzlu şəxsləri daxil etməyə çalışır.

Koçaryanın komandasına daxil olanlar arasında VivaCell-MTS mobil operatorunun baş direktoru Ralf Yirikyan, eks-müdafiə naziri Seyran Ohanyan, eks-Baş Qərargah rəisi Yura Xaçaturov, eks-baş nazir müavini Arman Qevorkyan daxildir.

“Qraparak”ın məlumatına görə, keçmiş baş nazir Karen Karapetyan seçki siyahısına qatılmasa da, Koçaryana hər cür dəstək verməyə hazır olduğunu deyib.

Biznesmen Artak Tovmasyan və Zəngəzurdan olan siyasətçilər də seçkilərdə ona qoşulmağı planlaşdırır.

Robert Koçaryanın başçılıq edəcəyi siyasi qüvvənin seçki siyahısında 3-cü şəxs eks-ədliyyə naziri Arpine Ovannisyan olacaq./modern.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*