Ermənistanın sabiq prezidenti, hərbi cani Robert Koçaryanın Moskva səfərindən sonra Qaqik Tsarukyan da Rusiyaya gedəcək.
KONKRET.az xəbər verir ki, erməni mediası “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyanın Moskvaya səfər edəcəyi haqda məlumat yayıb.
İnformasiyada qeyd edilir ki, Tsarukyan Moskvaya səfərindən sonra İrəvanda müxalifət liderləri arasında görüş keçiriləcək. Mümkündür ki, bu görüşdən sonra “Çiçəklənən Ermənistan” Partiyası da fevralın 20-nə təyin edilən ümumerməni mitinqinə qatılsın. /Teleqraf
