Köçəryanın ittiham olunduğu maddə dəyişdirilə bilərbackend

Köçəryanın ittiham olunduğu maddə dəyişdirilə bilər

Ermənistanın ikinci prezidenti Robert Koçaryanın ittiham olunduğu “konstitusiya quruluşunu devirmək” maddəsi “vəzifə səlahiyyətlərini aşmaq” maddəsinə dəyişdirilə bilər.

KONKRET.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” ittihamçılardan Qevork Baqdasaryana istinadla məlumat yayıb.

Bundan əvvəl Ermənistan Konstitusiya Məhkəməsi “konstitusiya quruluşunu devirmək” maddəsinin Ali Qanunun iki maddəsinə zidd olduğunu bildirib və etibarsız hesab edib.

Məhkəmə qərarı dərc olunduğu andan qüvvəyə minib.

Köçəryanın vəkilləri bildiriblər ki, Konstitusiya Məhkəməsinin qərarı bu maddəyə əsasən cinayət təqibinə xitam verilməsini nəzərdə tutur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*