Kolumbiyanın yeni Prezidenti Abelardo de la Espriella ölkəsinin ABŞ tərəfindən yaradılmış “Amerika Qalxanı” alyansına qoşulacağını bəyan edib.
KONKRET.az xəbər verir ki, dövlət başçısı avqustun 7-də keçirilən andiçmə mərasimindəki ilk çıxışında bu barədə danışıb: “Mərasimdən sonra icra edəcəyim ilk vəzifələrdən biri “Amerika Qalxanı” müqaviləsini imzalamaq olacaq. Bu təşəbbüs bizə güclü tərəflərimizi birləşdirməyə, strateji məlumat mübadiləsi aparmağa və milli, eləcə də regional təhlükəsizliyə yönələn təhdidləri aradan qaldırmaq üçün azad millətlərin kollektiv səylərini gücləndirməyə imkan verəcək”.
Prezident qərarını Kolumbiyanın digər dövlətlər kimi qlobal cinayətkar strukturlarla təkbaşına mübarizə apara bilməyəcəyi ilə əsaslandırıb. O, həmçinin əlavə edib ki, onun hökuməti dünyanın bütün ölkələri ilə qarşılıqlı hörmətə əsaslanan əlaqələri gücləndirəcək, mövcud azad ticarət müqavilələrini inkişaf etdirəcək və yenilərinin imzalanmasını təşviq edəcək.\\milli.az
