Köməksiz vəziyyətdə qalan 6 yaşlı uşaq xilas edildi – VİDEObackend

Köməksiz vəziyyətdə qalan 6 yaşlı uşaq xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda azyaşlının evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən KONKRET.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq nəzarətsiz qalmış 2018-ci il təvəllüdlü azyaşlını xilas ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*