backend

Komendant saatı müddətində fəaliyyətinə icazə verilən sahələr - SİYAHI

Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində bəzi sahələrin faliyyətinə icazə verilib.

Bu barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən KONKRET.az-a verilən məlumatda qeyd olunub.

Həmin sahələrin siyahısını təqdim edirik:

1. Səhiyyə və sosial sahə üzrə:

1.1. xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər;

2. İnfrastruktur sahəsi üzrə:

2.1. kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması);
2.2. elektrik enerjisinin istehsalı və təchizatı;
2.3. su təsərrüfatı və meliorasiya;
2.4. telekommunikasiya və rabitə xidmətləri.

3. Nəqliyyat və logistika sahəsi üzrə:

3.1. hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları;
3.2. dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri;
3.3. logistika xidmətləri;
3.4. ictimai nəqliyyatın fəaliyyəti.

4. Əsas istehsalat növləri:

4.1. müdafiə sənayesi məhsullarının istehsalı;
4.2. neft avadanlıqları və qurğularının istehsalı;
4.3. qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı;
4.4. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;
4.5. kimyəvi məhsulların istehsalı;
4.6. kənd təsərrüfatı məhsullarının toplanması, istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti;
4.7. neft və qazın hasilatı, emalı, saxlanması və satışı;
4.8. neft və qazın boru kəmərləri vasitəsilə ötürülməsi;
4.9. metallurgiya sənayesi üzrə fəaliyyət;
4.10. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;
4.11. qablaşdırma məhsullarının istehsalı;
4.12. maşın və avadanlıqların istehsalı;
4.13. elektrik avadanlıqlarının istehsalı;
4.14. kompyuter, elektron və optik məhsulların istehsalı;
4.15. avtomobil, qoşqu və yarımqoşquların istehsalı;
4.16. sair nəqliyyat vasitələrinin istehsalı;
4.17. tütün məmulatlarının istehsalı;
4.18. sair sənaye məhsullarının istehsalı.

5. Pərakəndə və topdan satış üzrə:

5.1. yanacaqdoldurma məntəqələri.

6. Məişət xidmətləri üzrə:

6.1. məişət tullantılarının yığılması və utilizasiyası.

7. Kütləvi informasiya vasitələri.

8. Təhsil müəssisələrinin fəaliyyəti.

9. Fəaliyyətinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə fəaliyyət.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*