Komitə sədri yüksək etimada görə Federasiya üzvlərinə təşəkkür etdibackend

Komitə sədri yüksək etimada görə Federasiya üzvlərinə təşəkkür etdi

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev yeni vəzifəyə təyinatı ilə bağlı Azərbaycan Kamandan Oxatma Federasiyasının üzvlərinə təşəkkürünü bildirib.

KONKRET.az xəbər verir ki, A.Quliyev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti vəzifəsinin mənə həvalə edilməsi ilə göstərilən etimada görə Federasiya üzvlərinə dərin minnətdarlığımı bildirir, bu böyük məsuliyyəti hörmətlə qəbul edirəm. Bu idman növünün davamlı inkişafı üçün sistemli işin təşkili, gənclər arasında təbliği və beynəlxalq yarışlardakı nəticələrimizin yüksəldilməsi əsas məqsədlərimizdir. Birlikdə yeni nailiyyətlər qazanacağımıza əminəm”, – deyə o yazıb.

Qeyd edək ki, mayın 22-də Gənclər və İdman Nazirliyində Azərbaycan Kamandan Oxatma Federasiyasının növbədənkənar ümumi yığıncağı keçirilib. Tədbirdə Federasiya prezidenti Şahin Mövsümov təşkilata rəhbərlik etdiyi 16 il ərzində bu idman növünün inkişafı üçün əlindən gələni etdiyini bildirərək istefa verib. Sonra Azərbaycan Kamandan Oxatma Federasiyasının rəhbərliyinə seçki keçirilib və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Federasiyanın yeni prezidenti seçilib.

Natiq SƏLİM,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*