KONKRET.az 4 yaşını qeyd edirbackend

KONKRET.az 4 yaşını qeyd edir

Bayram bayrama qarışıb. Artıq KONKRET.az 4 yaşını qeyd edir. 2019-cu ilin iyulun 2-dən Konkret.az ünvanında oxucularla ilk görüşümüz oldu.

Sayt az bir müddətdə müstəqil media nümunəsi kimi öz sözünü deməyi bacardı, fəaliyyətində qanunun aliliyi, dövlətçilik və azad media prsinpillərini əsas tutdu. Bu dörd ildə təcrübədən dolayı xeyli media orqanları sırasında öz yerini təsbit etdi, az imkanlar hesabına qarşıya qoyduğu ilkin hədəflərə çatdı. Amma bütün bunlara baxmayaraq, bu gün də hələ görüləcək işlər çoxdur. Qüsurlar da var. Media orqanı kimi fəaliyyətində peşəkarlıq və təcrübə əsas olsa da, gözlə görünməyən, ancaq media nümayəndələrinin bildiyi detalları da nəzərdən qaçırmadı.

Bəzən çətinliklərlə də qarşılaşan KONKRET.az mənbələrdən məlumat toplamaqda ciddi maneələrlə də qarşılaşdı. Amma sayt olaraq bu reallıqla barışsa da, dövlət əhəmiyyətli informasiyaların ictimailəşməsində mühüm əmək sərf elədi. Bəzən informasiya mənbəyi olaraq ölkə gündəmini zəbt edə biləcək məlumatları sırf peşəkarlıq baxımından dərc etməyib. Əsl jurnalistika da budur. Saytın kollektivi öz daxili senzurası ilə, peşə kodeksindən irəli gələn məqamları əsas gətirərək belə məlumatları ictimailəşdirməyi özünə rəva görməyib. Amma KONKRET.az media orqanı olaraq çox arzulayırıq ki, media azadlığı bundan sonra da inkişaf etsin. Çünki bu, elə bir prosesdir ki, dayana bilməz. Dayanmamalıdır da. Azad media Dövlətimizə lazımdır. Bunu əsl dövlət adamları çox yaxşı anlayır.

Bütün bunların fonunda onlayn media olaraq sayt üzərinə düşən missiyanı yerinə yetirməyə çalışır. İnanırıq ki, konkretçilərin fədakarlığı nəticəsində saytımız Azərbaycan durduqca onlayn media ünvanı kimi uzunömürlü olacaq. Bu arzu ilə də bütün konkretçiləri və oxucularımızı təbrik edirik.

Natiq Səlim,

KONKRET.az

P. S. Bizə hər zaman dəstəyini əsirgəməyən həmkarlarıma, dostlarıma da ayrıca təşəkkür edirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*