Konqresmenlər həddini aşdı – Azərbaycana qarşı daha bir ADDIMbackend

Konqresmenlər həddini aşdı - Azərbaycana qarşı daha bir ADDIM

ABŞ Nümayəndələr Palatasının 65 üzvü Konqresin xarici əlaqələr komitəsinin rəhbərliyinə məktub göndərərək növbəti maliyyə ilində Ermənistan və Dağlıq Qarabağa 100 milyon dollardan çox birbaşa yardım göstərilməsini istəyiblər.

KONKRET.az xəbər verir ki, konqresmenlərin fikrincə, bu yardım Ermənistana və Qarabağa müharibənin nəticələrini aradan qaldırmağa, xüsusən də mənzil tikintisi və infrastrukturun bərpası üçün bir sıra proqramları həyata keçirməyə imkan verəcəkdir.

Konqresmenlər “iqtisadiyyatın inkişafını, qanunun aliliyini və ölkənin təhlükəsizliyini təmin etmək üçün” Dövlət Departamenti və USAİD vasitəsilə Ermənistana təxminən 100 milyon dollar ayrılmalı olduğuna inanırlar.

Amerikalı konqresmenlərin fikrincə, Xankəndinə “Dağlıq Qarabağdakı adi silahların məhvinə görə” daha 2 milyon dollar ayrılmalıdır.

Məktub müəllifləri rəsmi Vaşinqtonu ABŞ-ın Azərbaycana təhlükəsizlik sahəsindəki yardımını “Bu ölkə Ermənistana və Artsaxa hücumları dayandırana qədər” dondurmağa çağırırlar.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*