Koronavirus Cənubi Koreyaya da çatdıbackend

Koronavirus Cənubi Koreyaya da çatdı

Cənubi Koreyada yeni tip koronavirusa yoluxma halı qeydə alınıb.

KONKRET.AZ xəbər verir ki, bu xəstəliyə yoluxan şəxs Çinin Uhan şəhərindən İnçhon şəhərinə gələn çinli qadın olub.

Hazırda həmin qadın karantinə alınıb, müalicəsi davam edir.

Qeyd edək ki, Çinin özündə naməlum koronavirusdan ölənlərin sayı 3 nəfərə, yoluxanların sayı isə 198 nəfərə çatıb.

Bundan başqa naməlum koronavirus Yaponiya və Tailandda da aşkar edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*