Dünyada ilk olaraq 2019-cu ilin son günlərində Çinin Vuhan şəhərində meydana çıxan və 5 milyona yaxın insanın ölümünə səbəb olan koronavirusla bağlı ən qorxulu proqnoz reallaşıb.
KONKRET.az-ın “Daily Mail”ə istinadən məlumatına görə, Yer əhalisinin əsl kabusuna çevrilən ölümcül virus dayanmadan özünü təkmilləşdirir.
Son olaraq “Delta” variantı ilə pandemiya sanki ikinci nəfəs qazanıb.
Alimlərin ehtimallarına görə, hazırda virus havada daha aktiv yayıla bilmək üçün mutasiya keçirir. Odur ki, yaxın aylarda koronavirusun daha sürətlə yayılan yeni variantının ortaya çıxacağı gözlənilir.