“Koronavirusun 99,9%-i laboratoriyada hazırlanıb” – Alman alimlərbackend

"Koronavirusun 99,9%-i laboratoriyada hazırlanıb" - Alman alimlər

Alman tədqiqatçısı Valentin Bruttel də daxil olmaqla üç alimdən ibarət qrup koronavirusun laboratoriyada yaradılmasına dair sübutlar tapdıqlarını bildiriblər. Onların fikrincə koronavirus 99,9% təbii virusun süni surətidir.

KONKRET.az xəbər verir ki, bu barədə “n-tv” kanalı məlumat yayıb.

Alimlər Sars-CoV-2 genomunda məqsədyönlü genetik manipulyasiyanın bir növ “izi”ni tapıblar.

İmmunologiya üzrə doktorluq dərəcəsi alan Bruttel telekanala bildirib ki, 2021-ci ilin yayında Sars-CoV-2 genomunun laboratoriya mənşəyini göstərə biləcək xüsusiyyətlərini müşahidə edib. Nəticədə o, boş vaxtlarında daha iki alimlə birlikdə tədqiqatlar aparmağa başlayıb.

“Digər molekulyar məlumatlar ilə birlikdə, nəticələrimiz göstərir ki, bu virus 99,9% süni, ola bilsin ki, təbii virusun manipulyasiya edilmiş surətidir”.

  • Fudu
    Oktyabr 24, 2022 - 10:06

    Ay qəh..bin dogduqlari bunu hamı bilir. Qərb və bir neçə şərəfsiz neçə şərq ölkələri hamımızın əzizlərini əlindən aldı indi durub artistlik edirsiz ograslar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*