Koronavirusun yeni növü ABŞ-a da çatdıbackend

Koronavirusun yeni növü ABŞ-a da çatdı

ABŞ-da yeni növ koronavirusun səbəb olduğu pnevmoniyanın ilk yoluxma hadisəsi qeydə alınıb.

KONKRET.AZ xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin nümayəndələri tərəfindən telefon brifinqi zamanı məlumat verilib.

Yoluxma hadisə Vaşinqton ştatında aşkar edilib. Xəstəlik yaxınlarda Çindən gəlmiş 30 yaşlı kişidə tapılıb. Onun vəziyyəti stabil olaraq qiymətləndirilir.

Dekabrın 31-də Çin hakimiyyəti Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) ölkənin mərkəz hissəsində yerləşən Uxan şəhərində naməlum sətəlcəm xəstəliyi barədə məlumat verib. Yanvarın 7-də Çin mütəxəssisləri xəstəliyin törədicisini – 2019-nCoV – koronavirusunu təyin ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*