Kraliça II Elizabetin dəfn mərasimi başa çatdı – VİDEO / YENİLƏNİBbackend

Kraliça II Elizabetin dəfn mərasimi başa çatdı - VİDEO / YENİLƏNİB

Kraliça II Elizabetin dəfn mərasimi dövlət himninin səsləndirilməsi ilə başa çatıb.

KONKRET.az xəbər verir ki, Vindzorda yerləşən Müqəddəs Georgi Kapellasında keçirilən dini mərasim artıq bitib.

Bu axşam kral ailəsi üçün keçiriləcək xüsusi mərasimdən sonra Kraliça Müqəddəs Georgi Kapellasının içərisindəki Kral VI Georgİ Memorial Kapellasında dəfn ediləcək.

Qəbir daşında “II ELIZABET 1926-2022” yazılacaq.

Qeyd edək ki, sentyabrın 8-də 96 yaşında Şotlandiyanın Balmoral qəsrində vəfat edən II Elizabet Britaniya tarixində ən uzun müddət taxtda qalan monarx olub. Kraliçanın ölümündən sonra onun oğlu III Çarlz Birləşmiş Krallığın yeni monarxı elan edilib.

14:07

Böyük Britaniya Kraliçası II Elizabetin dəfn mərasimi başlayıb.

KONKRET.az xəbər verir ki, “Westminster Abbey” kilsəsində keçirilən dəfn mərasimi Britaniya saatı ilə saat 11:00-da başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*