backend

Kreml NATO-nun Baş katibinə cavab verdi

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov NATO-nun çağırışlarına cavab verib.

KONKRET.az “RİA Novosti”yə istinadən bildirir ki, o, Qərbin gərginliyi məqsədli şəkildə artırmaq istədiyini deyib.

“ABŞ və NATO-nun Ukrayna ilə bağlı informasiya siyasəti yalanlarla doludur. Rusiya kimisə təhdid etmir. Qərbin bəyanatları Rusiya sərhədləri yaxınlığına daha çox NATO qoşunlarının yerləşdirilməsi üçün bəhanədir”, – o vurğulayıb.

Qeyd edək ki, NATO baş katibi Yents Stolberq fevralın 19-da Rusiyanı qoşunlarını Ukrayna sərhədindən geri çəkməyə çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*