Kreml regionların qarşısına bu il 409 min rusiyalını müharibəyə göndərmək öhdəliyi qoyub.
KONKRET.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.
“Moskva hər il cəbhəyə göndərmək üçün əsgər tapmaqda getdikcə çətinlik çəkir. Putin hazırda yeni səfərbərlik dalğasını təxirə salır, buna görə də Rusiya Müdafiə Nazirliyi müqavilələr imzalamaq üçün vətəndaşlara getdikcə daha çox təzyiq göstərməli olur.
Ölkə rəhbərliyi regional hakimiyyət orqanlarına illik 409 min nəfərlik plan çərçivəsində kvotalara əməl etməyi tapşırıb. Buna cavab olaraq, regional orqanlar küçə basqınları və tələbələri aldatmaq da daxil olmaqla getdikcə daha sərt metodlara əl atırlar”, – nəşr bildirib.
Qeyd olunub ki, irimiqyaslı müharibə başlayandan bəri təxminən 500 min Rusiya hərbçisi öldürülüb:
“Əgər Rusiya hərbçi sayını artıra və ya səfərbərlik edə bilməsə, onun bölmələri tükənməyə davam edəcək və bu da onları zəiflədəcək. Hücum səyləri nəinki dayanacaq, həm də sonda döyüş meydanında ciddi uğursuzluqlarla üzləşəcək”.
