“Rusiya hazırda Ukraynadakı “xüsusi əməliyyat” zamanı potensialının yalnız kiçik bir hissəsindən istifadə edir”.
KONKRET.az xəbər verir ki, bu fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov cümə günü jurnalistlərə açıqlamasında səsləndirib.
“Dövlət başçısı Qərb ölkələrindən, Kiyevdən eşidilən bəyanatlara cavab olaraq deyib ki, Kiyev qələbəyə qədər döyüş meydanında hərəkət edəcək. Putin bununla xatırladıb ki, potensiallar tamamilə müqayisə olunmazdır. Rusiyanın bu baxımdan potensialı o qədər böyükdür ki, onun yalnız kiçik bir hissəsi indi xüsusi hərbi əməliyyat zamanı istifadə olunur.
Ona görə də qərblilərin bütün bu bəyanatları sözün əsl mənasında absurddur. Onlar Ukrayna xalqına sadəcə olaraq kədər əlavə edirlər”, – İnterfaks Peskovun sözlərindən sitat gətirib.
Xatırladaq ki, bir gün əvvəl Putin bildirib ki, Rusiya Ukraynadakı “xüsusi əməliyyat” zamanı hələ ciddi addımlar atmayıb və sülh danışıqlarından imtina etməyib.
Roman Göytürk,
KONKRET.az
