Krımla Donbasın taleyi belə HƏLL OLUNACAQ – Görüş sonrası Ukrayna və Rusiya rəsmilərindən AÇIQLAMALARbackend

Krımla Donbasın taleyi belə HƏLL OLUNACAQ - Görüş sonrası Ukrayna və Rusiya rəsmilərindən AÇIQLAMALAR

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Krım məsələsinin necə həll olunacağına aydınlıq gətirib.

KONKRET.az xəbər verir ki, bu barədə o, öz sosial şəbəkə hesabında məlumat verib.

Ukrayna rəsmisi qeyd edib ki, Krım məsələsi diplomatik yolla həll oluna bilər:

“Krım məsələsinin yalnız siyasi və diplomatik yolla həlli təklif olunur. Bu, heç bir halda hərbi yolla ola bilməz”.

Qeyd edək ki, Rusiya-Ukrayna nümayəndə heyətlərinin bu gün İstanbulda keçirilən görüşündən sonra Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu tərəflərin müəyyən razılığa gəldiyini bildirib. Putinin köməkçisi Vladimir Medinski görüşdən sonra verdiyi açıqlamada Ukraynanın Avropa İttifaqına qoşulmasına qarşı olmadıqlarını və Ukraynanın Donbasla Krımı hərb yolu ilə qaytarmaqdan vaz keçdiyini bildirib.

Vəsilə İbrahim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*