“KTMT kifayət qədər şikəst və faydasız təşkilatdır”.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası yazıb. Erməni mediasının yeni ah-naləsi, qarğışı Rusiya və KTMT-yə həsr olunub. Xəyalları gözündə qalan, ümidləri puç olan ermənilərin gücü ancaq rusları söyməyə çatır.
“KTMT kifayət qədər şikəst və faydasız təşkilatdır.
Əslində bu blok olmayan və psevdo-təhlükəsizlik birliyidir. Yalnız “türk agentləri” tərəfindən planlaşdırılan və həyata keçirilən saray çevrilişi olduğu ortaya çıxan mambetlərin qiyamını yatırarkən öz həyat qabiliyyətini göstərdi.
Ermənilərə bu dəstək və yardım blokundan heç nə gözləmək və ümid etmək lazım deyil. Onların köməyini gözləmək həm də ölümcül və xəyallara yaxındır.
Blok əvvəlcə silah dövriyyəsi üçün nəzərdə tutulmuşdu və bir vasitə hesab olunurdu. Başa düşməyənlər üçün deyək ki, pis “sabiq”lər zavod qiymətlərinə “pis” ordu üçün silah alırdı.
İndi bu, alçaltmaq və nüfuzunu itirmək vasitəsidir. Təəssüflər olsun ki, Rusiya “Varşava Müqaviləsi” simasını canlandırmaq cəhdi ilə bu tələyə düşdü.
İndi isə burada zəiflik və reputasiya itkiləri, siyasi zuqzvanqlar (şahmat gedişi) və seçim dilemmaları var. Yəni itirmək daha az ağrılıdır.
Yox, əlbəttə ki, seçim göz qabağındadır. İtkiləri hesablamaq, minimuma endirmək, imkanlara və gələcək artıma çevrilmək lazımdır. Lakin bu, yöndəmsiz səfalətdə deyil, böhranın idarə edilməsindədir.
Gəlin razılaşaq ki, indi nə baş verirsə, günahkar Zasdır, Nikol yox”, – deyə erməni mediası yazıb.
Xuraman Etibarlı,
KONKRET.az
