“Ədalətli Rusiya – Həqiqət naminə” partiyasının həmsədri Sergey Mironov Qazaxıstanda KTMT sülhməramlı kontingentinin daimi əsasda fəaliyyət göstərməsini təklif edib.
“KTMT qüvvələri Qazaxıstanda ekstremizmə qarşı mübarizə sisteminin, o cümlədən rusdilli əhalinin müdafiəsi sisteminin formalaşdırılması üçün əsas ola bilər. Təklif edirəm ki, KTMT hərbçilərinin respublikada daimi qalması məsələsinə baxılsın. Bu, gələcək illər üçün sülh və əmin-amanlığın təminatıdır”, – deyə Mironov bəyan edib.
KONKRET.az bildirir ki, yanvarın 5-də Qazaxıstanda baş verən iğtişaşlar fonunda ölkə prezidenti Kasım-Jomart Tokayev KTMT dövlət başçılarına müraciət edərək, Qazaxıstana “terror təhlükəsini” aradan qaldırmaqda köməklik göstərməyi xahiş edib.

donuzlar, hara girdiniz orani cehenneme donderdiniz…el cekin qazax milletinden…sherefsiz rus hakimiyyeti ve siyasileri