Kuba Trampın qərarını rədd etdi – Quantanamo Kuba ərazisidirbackend

Kuba Trampın qərarını rədd etdi - Quantanamo Kuba ərazisidir

Kuba Donald Trampın deportasiya olunmuş qeyri-qanuni miqrantları Quantanamodakı ABŞ hərbi bazasına yerləşdirmək qərarını rədd edir.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kuba Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir. Kuba XİN-nin “Facebook” səhifəsində dərc edilən sənəddə deyilir: “Kuba ABŞ prezidentinin Quantanamo hərbi dəniz bazasında  on minlərlə miqrantın saxlanmasını nəzərdə tutan  qərarı rədd edir. Bu, Amerikada  iqtisadi və sosial çətinliklərin yaratdığı problemlərdən qaçmaq üçün Vaşinqtonun hansı vəhşiliyə əl atdığını  nümayiş etdirir”.

Bəyanatda vurğulanır ki, miqrantların saxlanması təklif olunan ərazi ABŞ-yə aid deyil: “Bura Quantanamo əyalətinin şərqindəki Kuba ərazisinin bir hissəsidir və Kuba xalqının iradəsinə zidd olaraq işğal altındadır.” Sənəddə qeyd edildiyi kimi, belə bir addım   qeyri-qanuni anklavda və onun ətrafında təhlükəsizliyi pozar , sülhü təhlükə altına alar  və  ciddi nəticələrə  səbəb ola bilər .

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*