Kür çayının Salyan rayonu, Aşağı Kürkəndi kəndi ərazisindən keçən hissəsində batan 2005-ci il təvəllüdlü İsmayılov Məhəmməd Elməddin oğlunun axtarışları başa çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə FHN-nin məlumatında qeyd olunub.
18:19
Kür çayında azyaşlı batıb.
KONKRET.az bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
“112” qaynar telefon xəttinə Kür çayının Salyan rayonu, Aşağı Kürkəndi kəndi ərazisindən keçən hissəsində 1 nəfər azyaşlının batması barədə məlumat daxil olub.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.
