Kürdə suyun səviyyəsi qalxıb, hazırda çay dənizə axırbackend

Kürdə suyun səviyyəsi qalxıb, hazırda çay dənizə axır  

Son günlər havaların qeyri-sabit keçməsi, ölkəmizin ərazisinə intensiv yağışların düşməsi dağ çaylarında olduğu kimi, Kür çayına da öz təsirini göstərib. Bu da Kürün aşağı axınında Salyan və Neftçala rayonlarında özünü daha çox qabarıq göstərir.

KONKRET.az xəbər verir ki, son bir həftədə Kürün Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi 1 metr, Neftçalada isə 60 santimetr qalxıb. Nəticədə əvvəllər məhsuldar işləyə bilməyən su nasosları normal qaydaya düşüb, əkin sahələrinin suvarılmasında olan çətinliklər aradan qalxıb.

Xüsusilə Neftçalada yaranmış kritik vəziyyət aradan qalxıb. Artıq Xəzər Kürə yox, çay dənizə axır.

Mütəxəssislərin fikrincə, bol sululuq dövrü olduğundan çayda suyun səviyyəsinin artımı bundan sonra da davam edəcək./report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*