Kürdəmirdə güclü yanğınbackend

Kürdəmirdə güclü yanğın

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Kürdəmir rayonu, Şilyan kəndi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən KONKRET.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində açıq ərazidə 3 hektar sahədə kol-kos və 1 ədəd elektrik dirəyi qismən yanıb.

Ərazidə yerləşən nasosxana və ətraf sahələr yanğından mühafizə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*