Kürə düşən şəxslər 4 gündür axtarılır – VİDEObackend

Kürə düşən şəxslər 4 gündür axtarılır - VİDEO

İyunun 2-də Tovuz rayonunun Hunanlar kəndindəki körpüdən Kür çayına düşən 3 nəfərin axtarışları davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, çayda batdığı ehtimal olunan şəxslər FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən axtarılır.

Bildirilir ki, Tovuz sakinləri 1992-ci il təvəllüdlü Cəfərov Vüqar Rəsul oğlu,1989-cu il təvəllüdlü Quliyev Tural Hüseyn oğlu və 1988-ci il təvəllüdlü Sadıqov Elxan Sakit oğlunun axtarışları batdıqları ehtimal olunan istiqamətlər üzrə intensiv şəkildə davam etdirilir.

Qeyd edək ki, hadisə nəticəsində maşında 4 nəfər olub. Onlardan biri – 1992-ci il təvəllüdlü Turqut İbrahimov sudan çıxaraq xilas olub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*