Laçın dəhlizi boyunca yeni yol bu tarixdə İSTİFADƏYƏ VERİLƏCƏKbackend

Laçın dəhlizi boyunca yeni yol bu tarixdə İSTİFADƏYƏ VERİLƏCƏK

Ermənistan və Qarabağı birləşdirən Laçın dəhlizi boyunca yeni yol 2023-cü il aprelin 1-dən fəaliyyətə başlayacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar RİA Novosti-yə müsahibəsində bildirib.

“Son bir ay ərzində görülən işlərin əsas nəticəsi Laçın dəhlizi boyunca yeni yolun 2023-cü il aprelin 1-dən fəaliyyətə başlayacağı ilə bağlı ümumi anlaşmanın əldə olunması olub. Eyni zamanda, avqustun 30-dan etibarən hərəkət Laçın şəhərindən və digər yaşayış məntəqələrindən yan keçən müvəqqəti marşrutla həyata keçirilir”, – Qonçar deyib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*