Laçın rayonunda apardılan axtarışlar zamanı ikinci Qarabağ müharibəsində məhv edilmiş daha 3 erməni hərbçinin meyiti tapılıb.
KONKRET.az bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir.
Qeyd edilir ki, onların şəxsiyyəti hələ məlum deyil. Meyitlərin şəxsiyyətləri məhkəmə-tibb ekspertizasından sonra məlum olacaq.
Məlumata görə, 2020-ci ilin 13 noyabrından indiyə kimi Qarabağda itkin düşmüş 1 374 erməni hərbçinin meyiti aşkarlanıb.
İtkin hərbçilərin axtarışları bu gün Hadrut və digər ərazilərdə davam etdiriləcək.
