Lalə Şövkətdən son xəbərbackend

Lalə Şövkətdən son xəbər

Ləğv edilmiş Azərbaycan Liberal Partiyasının (ALP) sabiq lideri, keçmiş dövlət katibi Lalə Şövkətin səhhəti yaxşılaşıb.

KONKRET.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya Lalə Şövkətin oğlu Sidqi Hacıyev məlumat verib.

O, Lalə Şövkətin hazırda bağda olduğunu və müalicəsini davam etdirdiyini bildirib:

“Lalə xanım nisbətən yaxşıdır. Hazırda bağdayıq, müalicə olunur. Həkimlərin tövsiyələrinə əməl edirik”.

Qeyd edək ki, 2020-ci ildə Lalə Şövkətin səhhətində problemlər yaranıb. Həmin il həkimlər onun yoğun bağırsağında şiş aşkarlayıblar. Lalə Şövkət 2020-ci ilin avqustunda əməliyyat olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*